...

Tehranda Milli Bankın filialını yarıblar

Dünya xəbərləri Materials 8 İyun 2022 16:41 (UTC +04:00)
Tehranda Milli Bankın filialını yarıblar

Bakı. Trend:

İranın paytaxtı Tehran şəhərində Milli Bankın Tehran Universiteti filialı oğrular tərəfindən qarət olunub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 250 əmanət kassasına xəsarət vurulduğu və 169 kassanın isə boşaldıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. İranın Milli Bankı zərərçəkənlərə kompensasiyanın ödəniləcəyini elan edib.

Hadisə ilə əlaqədar bir neçə şübhəlinin saxlanıldığı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti