...

Naməlum təyyarə 4 Avropa ölkəsinin hava məkanından keçib

Dünya xəbərləri Materials 9 İyun 2022 05:51 (UTC +04:00)
Naməlum təyyarə 4 Avropa ölkəsinin hava məkanından keçib

Bakı. Trend:

Göyərtəsində iki nəfər olan “Beechcraft” şirkətinin istehsalı olan ikimühərrikli kiçik təyyarə çərşənbə günü axşam alçaq hündürlükdə Macarıstan, Rumıniya, Serbiya və Bolqarıstanın hava məkanından keçib.

Trend xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyinin məatbuat xidmətindən bildirilib.

Məlumata əsasən, təyyarə düşmən və ya təhlükəli davranış nümayiş etdirməyib. "Pilot beynəlxalq standartlara uyğun olaraq onu müşayiət edən hərbi təyyarələrin radio sorğularına və vizual siqnallarına cavab verməyib", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, təyyarə saat 17:30-da Macarıstanın Debretsen şəhərindən hava qalxıb. Burada havada təyyarəni Macarıstan HHQ-nin iki qırıcısı müşayiət edib. Daha sonra Rumıniyanın hava məkanına girən təyyarəni bu ölkənin Hərbi Hava Qüvvələrinin iki qırıcısı müşayiət edib. Saat təxminən 19:00-da təyyarə qısa müddətdə Serbiya hava məkanından keçib və Bolqarıstanın hava məkanına daxil olub.

Hazırda Bolqarıstan səlahiyyətliləri təyyarənin son bilinən yeri ilə bağlı araşdırmalar aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti