...

Hindistanda etiraz aksiyalarında iki nəfər ölüb

Dünya xəbərləri Materials 11 İyun 2022 11:22 (UTC +04:00)
Hindistanda etiraz aksiyalarında iki nəfər ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanda Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələrin işlədilməsi əlaqədar baş verən etiraz aksiyalarında azı 2 nəfər həlak olub.

Trend-in məlumatına görə, ötən gün paytaxt Dehli də daxil olmaqla bir neçə şəhərdə toqquşmalar qeydə alınıb.

Carkhand ştatında baş vermiş toqquşmalarda iki nəfər həyatını itirib, 10 nəfər isə xəsarət alıb.

Ölkədə müsəlmanların kompakt yaşadığı ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Hindistanın hakim Xalq partiyasının nümayəndələri Məhəmməd peyğəmbər barəsində təhqiramiz ifadələr işlətmişdi. Həmin şəxslərin partiya sıralarından çıxarıldığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti