...

"YouTube" platformasının işində problem yaranıb

Dünya xəbərləri Materials 15 İyun 2022 04:47 (UTC +04:00)

Bakı. Trend:

"YouTube" platformasının işində qlobal problem yaranıb.

Trend xəbər verir ki, buna İT sahəsində müvafiq istiqamətdə ixtisaslaşmış "Downdetector" saytının məlumatları dəlalət edir.

Belə ki, istifadəçilərin 53 faizi saytda, 34 faizi tətbiqdə problem olduğunu, 13 faizi video yayımla bağlı problemlərdən şikayətlənib.

Problemlər Rusiya, Böyük Britaniya, Hollandiya, Belçika və bir sıra digər ölkələrin sakinləri tərəfindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti