...

Çində leysan yağışları 4 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 18 İyun 2022 19:38 (UTC +04:00)
Çində leysan yağışları 4 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Çinin cənubund Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar nəticəsində azı 4 nəfər ölüb, bir nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Trend xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, ölənlər və itkin düşmüş şəxs eyni evin sakinləri olub. Güclü yağışlar nəticəsində taxta ev uçub. Daha sonra dörd nəfərin cəsədi tapılıb. Digər şəxsin axtarışları davam edir.

Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar cümə günü axşam saatlarından başlayıb. Proqnozlara görə, leysan iyunun 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti