...

Qvatemalada baş verən leysan yağışları nəticəsində 1 milyon insan zərər çəkib

Dünya xəbərləri Materials 21 İyun 2022 02:48 (UTC +04:00)
Qvatemalada baş verən leysan yağışları nəticəsində 1 milyon insan zərər çəkib

Bakı. Trend:

Bu il Qvatemalada baş verən daşqınlar və leysan yağışları nəticəsində 1 milyondan çox insan zərər çəkib.

Trend-in məlumatına görə, bu barədə hakimiyyət orqanlarının nümayəndələri bildirib.

Milli Fəlakətlərin Fəsadlarının İdarə Edilməsi üzrə Əlaqələndirmə Mərkəzinin hesablamalarına əsasən, əlverişsiz hava ilə bağlı problemlər 1 001 563 nəfərə təsir edib. Təbii fəlakət nəticəsində yüzlərlə yaşayış binasına və 120-dən çox təhsil müəssisəsinin binasına ziyan dəyib, 4 yol və 16 körpü dağılıb.

Ümumilikdə 22 nəfər ölüb, 7 nəfər yaralanıb, daha 3 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti