...

ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq

Dünya xəbərləri Materials 24 İyun 2022 04:36 (UTC +04:00)
ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq

Bakı. Trend:

ABŞ Madriddə keçiriləcək NATO sammitində Avropanın təhlükəsizliyini gücləndirməyə yönəlmiş yeni addımlar barədə açıqlama vermək niyyətindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

"Liderlər NATO sammitində alyansın müdafiə və çəkindirmə doktrinalarını gücləndirmək üçün yeni uyğunlaşma öhdəliklərini elan edəcəklər. ABŞ müttəfiqlərindən (bu məsələnin həllində) gözlənilən yeni böyük töhfələrlə yanaşı, Avropanın təhlükəsizliyini möhkəmləndirmək üçün addımlar elan edəcək", - deyə C.Kirbi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti