Bakı. Trend:
Şimali Koreya rəhbəri Kim Çen In düşmən qüvvələrlə mübarizə aparmaq üçün ölkənin müdafiə qabiliyyətini gücləndirməyi tapşırıb.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Respublika rəhbəri Koreya Fəhlə Partiyasının (KFP) Mərkəzi Hərbi Komissiyasının (MHK) genişləndirilmiş iclasında qarşıya qoyulan ölkənin hərbi gücünün və müdafiə potensialının gücləndirilməsi ilə bağlı vəzifələrin həyata keçirilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu tədbirlər istənilən düşmən qüvvələri yatırmağa yönələcək.