...

Norveç Ukraynaya bir milyard avro yardım edəcək

Dünya xəbərləri Materials 2 İyul 2022 08:32 (UTC +04:00)
Norveç Ukraynaya bir milyard avro yardım edəcək

Bakı. Trend:

Norveç bu ilin sonu və gələn il ərzində Ukraynaya 1 milyard avroluq yardım paketi təqdim edəcək.

Trend xəbər verir ki, bunu Norveçin baş naziri Yonas Qar Stere Kiyevdə brifinq zamanı deyib.

"Mən bu gün, müharibə başlayandan beş ay sonra, Norveçin Ukraynaya və onun əhalisinə dəstəyini bəyan etmək üçün Kiyevə gəldim. Biz bu ilin və 2023-cü ilin sonuna qədər ehtiyacı olan insanlara kömək etmək və Ukraynanın bərpası və Ukraynaya dəstək çərçivəsində 1 milyard avro yardım göstərəcəyimizi vəd edirik", - deyə baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti