...

Böyük Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

Dünya xəbərləri Materials 5 İyul 2022 23:33 (UTC +04:00)
Böyük Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

Bakı. Trend:

Böyük Britaniyanın maliyyə və səhiyyə nazirləri Rişi Sunak və Sacid Cavid istefa veriblər.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

"Cəmiyyətin hökumətin düzgün, bacarıqlı və ciddi şəkildə idarə olunmasını gözləmək hüququ var. Bilirəm ki, bu, mənim Nazirlər Kabinetindəki son vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər, ona görə də mən istefa verirəm", - deyə R.Sunak öz "Twitter" səhifəsində yazıb.

S.Cavid istefa verərək bildirib ki, ölkəyə “güclü və prinsipial Mühafizəkarlar Partiyası” lazımdır. O, artıq baş nazirə etibar etmədiyini də vurğulayıb.

İki nazirin istefası mühafizəkar parlamentari Kris Pinçer ilə bağlı qalmaqal fonunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti