...

İtaliyanın kənd təsərrüfatı sektoruna quraqlıq səbəbindən 6 milyard avroya qədər ziyan dəyə bilər

Dünya xəbərləri Materials 24 İyul 2022 16:12 (UTC +04:00)
İtaliyanın kənd təsərrüfatı sektoruna quraqlıq səbəbindən 6 milyard avroya qədər ziyan dəyə bilər

Bakı. Trend:

İtaliyada quraqlığın vurduğu ziyan altı milyard avroya çata bilər, kənd təsərrüfatı sektorunun ÜDM-si isə 10% azalma riski ilə üzləşib.

Trend xəbər verir ki, bu barədə İtaliyanın "Coldiretti" kənd təsərrüfatı istehsalçıları assosiasiyasına istinadən "Il Sole 24 Ore" qəzeti məlumat yayıb.

İtaliyada ciddi quraqlıq vəziyyəti hökm sürür, ölkənin dörddə biri səhralaşma təhlükəsi altındadır. İtaliyalı kənd təsərrüfatçıları xəbərdarlıq edirlər ki, makaron hazırlamaq üçün istifadə edilən bərk buğdanın məhsulu 30%, yumşaq sortlar isə 20% azalacaq.

Qeyd edilir ki, bəzi rayonlarda məhsul itkisi 40%-ə qədər ola bilər.

Eyni zamanda, qarğıdalı məhsulu ilə bağlı vəziyyət daha kritikdir: bütün milli istehsalın demək olar ki, 90%-ni təşkil edən Lombardiya, Piemont, Veneto və Emiliya-Romanya bölgələrinə daha çox ziyan dəyib. Bu səbəbdən məhsul iki dəfə azala bilər.

Bundan başqa, bəzi ərazilərdə meyvə-tərəvəz məhsulunda 70% itki proqnozlaşdırılır. "Coldiretti" üzüm məhsulu ilə bağlı perspektivləri qiymətləndirməkdə çətinlik çəkib, lakin istehsalda azalma ehtimalının daha yüksək olduğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti