...

Kim Çen In Şimali Koreyanın ABŞ-la istənilən hərbi qarşıdurmaya hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 28 İyul 2022 06:34 (UTC +04:00)
Kim Çen In Şimali Koreyanın ABŞ-la istənilən hərbi qarşıdurmaya hazır olduğunu bildirib

Bakı. Trend:

Şimali Koreya ABŞ ilə istənilən hərbi qarşıdurmaya tam hazırdır.

Trend xəbər verir ki, bunu Şimali Koreyanın lideri Kim Çen In Koreya Müharibəsinin (1950-1953) başa çatmasının ildönümü ilə bağlı çıxışında deyib.

"Bir daha vurğulayıram ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır", - deyə Kim Çen In bildirib.

Onun sözlərinə görə, Pxenyan zərurət yaranarsa, nüvə qüvvəsini səfərbər etməyə hazırdır.

KXDR lideri əlavə edib ki, ABŞ Şimali Koreyanın fundamental maraqlarını kobud şəkildə pozmağa və onun təhlükəsizliyinə qəsd etməyə davam edərsə, bu, yalnız böyük böhrana səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti