Bakı. Trend:
ABŞ iqtisadiyyatı ikinci rüb ard-arda azalma nümayiş etdirib.
Trend-in məlumatına görə, 2022-ci ilin ikinci rübündə ABŞ-ın ümumi daxili məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalıb. Bu barədə ölkənin Ticarət Nazirliyinin hesabatında deyilir.
Mütəxəssislər hesabat dövründə ABŞ iqtisadiyyatının 0,4 faiz artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, bu ilin birinci rübündə ABŞ iqtisadiyyatı 1,6 faiz azalmışdı.