...

Qvatemala prezidentinin nümayəndə heyətinə atəş açılıb, bir neçə nəfər yaralanıb

Dünya xəbərləri Materials 31 İyul 2022 04:17 (UTC +04:00)
Qvatemala prezidentinin nümayəndə heyətinə atəş açılıb, bir neçə nəfər yaralanıb

Bakı. Trend:

Qvatemalanın Ueuetenanqo departamentində Qvatemala prezidenti Alexandro Cammatteinin nümayəndə heyətinə silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sonora" radio stansiyası bildirib.

Məlumata əsasən, dövlət başçısı xəsarət almayıb. Qeyd olunub ki, nümayəndə heyətini qoruyan hərbçilər hücum edənlərdən birini yaralayıb. İlkin məlumatlara görə, o, Meksika vətəndaşıdır.

Bildirilib ki, hücum edənlərdən bəziləri Meksika ərazisinə qaçıb. Qonşu ölkənin hərbçiləri azı dörd nəfəri saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti