Bakı. Trend:
Ukraynadan taxıl daşıyan 16 yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq.
Trend xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Məlumata əsasən, karvanı pilotsuz uçuş aparatları müşayiət edəcək. Bundan əlavə, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər.
Telekanalın bildirir ki, Ankaranın təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər Somali sahillərinə doğru yola düşəcək. Bazar günü Türkiyənin Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracının təşkili üzrə texniki işlərin başa çatdığını və qısa müddət ərzində başlaması planlaşdırıldığını açıqlayıb.