Bakı. Trend:
Ərəbistan dənizində, Pakistan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildiblər.
Məlumata əsasən, təbii fəlakətin episentri 33 min nəfərdən çox əhalisi olan Pasni şəhərindən 14 km cənub-şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.