...

"Mançester Yunayted" "Brayton"a uduzub

Dünya xəbərləri Materials 7 Avqust 2022 21:49 (UTC +04:00)
"Mançester Yunayted" "Brayton"a uduzub

Bakı. Trend:

"Mançester Yunayted" Premyer Liqanın ilk turunda "Brayton"a 2:1 hesabı ilə uduzub.

Trend xəbər verir ki, görüş bazar günü "Old Trafford" stadionunda keçirilib.

“Brayton”un heyətində hər iki qolu Paskal Qross vurub (30 və 39-cu dəqiqələr). 68-ci dəqiqədə "Brayton"un futbolçusu Aleksis Makalister topu öz qapısına göndərdi.

"Mançester Yunayted" ilk rəsmi matçını əvvəlki mövsümdən sonra Ralf Rangnikini əvəzləyən hollandiyalı məşqçi Erik ten Haqın rəhbərliyi altında keçirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti