...

ABŞ son bir ildə ilk dəfə "Boeing 787 Dreamliner"in tədarükünə icazə verib

Dünya xəbərləri Materials 9 Avqust 2022 08:56 (UTC +04:00)
ABŞ son bir ildə ilk dəfə "Boeing 787 Dreamliner"in tədarükünə icazə verib

Bakı. Trend:

ABŞ Federal Aviasiya İdarəsi 2021-ci ilin may ayından bəri ilk dəfə olaraq "Boeing 787 Dreamliner" təyyarəsinin tədarükünə icazə verib.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Mənbələrin sözlərinə görə, təyyarə çərşənbə günü "American Airlines" aviaşirkətinə təhvil veriləcək. Təyyarənin yaxın həftələrdə istismara verilməsi gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin may ayında "Boeing" şirkəti "787 Dreamliner"in tədarükünü əlavə normativ tələblərə görə dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti