...

Cənubi Koreyada güclü yağışlar 7 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 9 Avqust 2022 05:39 (UTC +04:00)
Cənubi Koreyada güclü yağışlar 7 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Cənubi Koreyanın Seul şəhərində və ətrafında yağan güclü yağışlar nəticəsində 7 nəfər ölüb, daha 6 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə rəsmilərə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata əsasən, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, paytaxtda və yaxınlıqdakı bəzi şəhərlərdə evləri, binaları, nəqliyyat vasitələrini və metro stansiyalarını su basıb.

Qeyd edilir ki, hazırkı yağışları ölkədə son 80 ilin ən güclü yağışlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti