...

Türkiyənin dəri məhsulları ixracı artıb

Dünya xəbərləri Materials 9 Avqust 2022 18:58 (UTC +04:00)
Türkiyənin dəri məhsulları ixracı artıb

Bakı. Trend:

2022-ci ilin iyul ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 156,3 milyon dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-iyul ayında Türkiyə 1,13 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-iyul ayları ilə müqyisədə 21 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti