...

Hindistan Britaniyadan müstəqilliyinin 75-ci ildönümünü qeyd edir

Dünya xəbərləri Materials 15 Avqust 2022 06:57 (UTC +04:00)

Bakı. Trend:

Hindistan bazar ertəsi əsas milli bayramlardan birini - Müstəqillik Gününü qeyd edir.

Trend xəbər verir ki, bu il ölkənin Britaniya müstəmləkəçiliyindən azad edilməsinin 75-ci ildönümüdür.

1947-ci il avqustun 15-də, müstəqil Hindistanın ilk baş naziri Cəvahirləl Nehru İngilis müstəmləkəçilərinin ölkədən getməsinin simvoluna çevrilmiş üçrəngli bayrağı Yeni Dehlidəki Qırmızı Qala üzərində qaldırdı.

Bazar ertəsi ölkədə istirahət günü elan edilib.

Artıq ölkənin müxtəlif yerlərində əlamətdar tarix münasibətilə geniş miqyaslı şənliklər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti