Bakı. Trend:
Ermənistan Fövqəladə Hallar Nazirliyi İrəvandakı "Sгrmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra itkin düşmüş hesab edilən şəxslərin siyahısını yeniləyib.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, itkin düşənlərin sayı 22 nəfərə qədər artıb. İtkin düşənlər arasında 6 İran vətəndaşı və 1 Rusiya vətəndaşı da var.
Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 7 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb.