...

Böyük Britaniyanın yeni baş naziri məlum oldu

Dünya xəbərləri Materials 5 Sentyabr 2022 15:40 (UTC +04:00)
Böyük Britaniyanın yeni baş naziri məlum oldu
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının yeni sədri seçilib.

Trend-in məlumatına görə, qərar Britaniya parlamentinin iclasında elan olunub.

Bu vəzifəyə Mühafizəkarlar Partiyası üzvlərinin səs çoxluğu ilə Liz Trass seçilib.

O, eyni zamanda Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə də seçilib. L.Trass bu vəzifədə Boris Consonu əvəz edəcək.

47 yaşlı Liz Trass partiyadaxili səsvermə nəticəsində 81 mindən çox səs toplayıb. Onun rəqibi Rişi Sunak 60 mindən çox səs yığa bilib.

Qeyd edək ki, B.Conson sabah kraliça II Elizabetə öz istefasını təqdim edəcək, kraliça isə yeni seçilmiş baş nazirə hökuməti formalaşdırmağı tapşıracaq.

Xatırladaq ki, B.Conson iyulun əvvəlində hökumət daxilində yaranan fikir ayrılıqları fonunda istefasını elan etmişdi. L.Trass Boris Conson hökumətində xarici işlər naziri vəzifəsində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti