...

II Elizabetin dəfn mərasimi kinoteatrlarda nümayiş etdiriləcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2022 16:07 (UTC +04:00)
II Elizabetin dəfn mərasimi kinoteatrlarda nümayiş etdiriləcək
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimi kinoteatrlarda yayımlanacaq.

Trend-in məlumatına görə, bu barədə Britaniya mətbuatı bildirib.

Qeyd olunur ki, mərasim ölkə ərazisində azı 150 kinoteatrda nümayiş etdiriləcək. Biletlər ödənişsiz olsa da, mərasimi izləmək istəyən şəxslərə əvvəlcədən yerləri rezerv etmək tövsiyə olunur.

Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti