Bakı. Trend:
Amerikanın "Pfizer" əczaçılıq korporasiyasının sədri və baş direktoru Albert Burla ikinci dəfə koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə A.Burla özünün "Twitter" səhifəsində yazıb.
"Mənin COVID testimin cavabı müsbət çıxıb. Özümü yaxşı hiss edirəm və heç bir simptom yoxdur. <...> Böyük irəliləyiş əldə etməyimizə baxmayaraq, virus hələ də bizimlədir", - deyə A.Burla bildirib.
"Pfizer"in rəhbəri həmçinin qeyd edib ki, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin son koronavirusa yoluxmadan sonra ən azı üç ay gözləməyi tövsiyə etdiyi üçün peyvəndin yeni buster dozasını almayıb.