...

Sentyabrda Türkiyənin ixracı 22,6 milyard dollara çatıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2022 06:28 (UTC +04:00)
Sentyabrda Türkiyənin ixracı 22,6 milyard dollara çatıb

Bakı. Trend:

Sentyabrda Türkiyənin ixracı illik müqayisədə 9,2 faiz artaraq rekord həddə - 22,6 milyard dollara çatıb.

Trend xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.

"Sentyabrda Türkiyənin ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə artaraq 22,6 milyard dollar olub. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu, Türkiyənin bütün tarixində sentyabr ayı üçün mütləq ixrac rekordudur", - deyə nazir bildirib.

M.Muş qeyd edib ki, yanvar-sentyabr aylarında Türkiyənin ixracı da öz növbəsində 17 faiz artaraq 188,2 milyard dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti