...

İraqın şimalında qaz yatağı raket atəşinə tutulub

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 01:11 (UTC +04:00)

Bakı. Trend:

İraqın şimalındakı Süleymaniyyə əyalətində yerləşən Xor Mor qaz yatağı çərşənbə günü raket atəşinə tutulub.

Trend xəbər verir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

Məlumata əsasən, İraq Kürdüstanı muxtar bölgəsindəki qaz yatağı istiqamətində 8 raket atılıb. Təfərrüatlar barədə məlumat verilmir.

Eyni zamanda, "SHAFAQ News" portalı bildirir ki, raketlər Səlahəddin əyalətinin Tuz-Xurmatu bölgəsindən atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti