...

İraqın yeni hökuməti iki həftə ərzində formalaşdırıla bilər

Dünya xəbərləri Materials 15 Oktyabr 2022 20:14 (UTC +04:00)
İraqın yeni hökuməti iki həftə ərzində formalaşdırıla bilər

Bakı. Trend:

Yaxın iki həftə ərzində İraqın yeni hökuməti formalaşdırıla bilər.

Trend "TASS"a istinadən xəbər verir ki, bunu şənbə günü İraq Nümayəndələr Şurasının (parlament) deputatı, “Fərat” siyasi hərəkatı şurasının üzvü İhab Əyyad deyib.

"Hökumətin başçısı təyin edilən Məhəmməd əs-Sudani 10-15 gün ərzində yeni nazirlər kabinetini formalaşdıra biləcək", - deyə deputat bildirib.

Onun sözlərinə görə, M. əs-Sudaninin yeni hökumətin formalaşdırılması istiqamətində fəaliyyəti "parlament blokları və partiyalarından böyük siyasi dəstək alır".

"Məhəmməd əs-Sudani təyinatından bir neçə saat sonra hökumətin tərkibi ilə bağlı danışıqlara başlayıb. Danışıqlar müsbət atmosferdə gedir” - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti