...

Bayden Balidə keçiriləcək G20 sammitində iştirak edəcək, Misir və Kambocaya səfər edəcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 04:00 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden noyabrda Misir, Kamboca və İndoneziyaya səfər edəcək və Balidə keçiriləcək G20 sammitində iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə cümə günü Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin açıqlamasında deyilir.

Məlumata əsasən, noyabrın 11-də C.Bayden Şarm əl-Şeyxdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 27-ci Konfransında (COP27) iştirak edəcək. Dövlət başçısı noyabrın 12-13-də ABŞ-ASEAN sammitinin keçiriləcəyi Pnompendə olacaq.

13-16 noyabr tarixlərində isə C.Bayden Balidə olacaq. O, burada keçiriləcək G20 sammitində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti