...

Türkiyə və Rusiya müdafiə nazirləri "taxıl sazişi"ni müzakirə edəcək

Dünya xəbərləri Materials 31 Oktyabr 2022 15:23 (UTC +04:00)
Türkiyə və Rusiya müdafiə nazirləri "taxıl sazişi"ni müzakirə edəcək
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı keçirəcək.

Trend-in məlumatına görə, bunu bu gün H.Akar ordu rəhbərliyi ilə görüş zamanı deyib.

O bildirib ki, rusiyalı nazirlə "taxıl sazişi"nin icrası məsələsini müzakirə edəcək.

"Bu təşəbbüsün dayandırılması nə Rusiyanın, nə də Ukraynanın yararına olmayacaq. Biz ukraynalı məsul şəxslərlə təmasları davam etdiririk. Bu axşam Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığımız olacaq", - deyə o bildirib.

H.Akar əlavə edib ki, "taxıl sazişi" çərçivəsində bu günədək 409 gəmi ilə 9,3 milyon ton taxıl daşınıb.

Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti