...

2022-ci ildə azı 15 000 avropalı istilər səbəbindən ölüb - ÜST

Dünya xəbərləri Materials 8 Noyabr 2022 03:14 (UTC +04:00)
2022-ci ildə azı 15 000 avropalı istilər səbəbindən ölüb - ÜST

Bakı. Trend:

2022-ci ildə ən azı 15 min avropalı istilər səbəbindən həyatını itirib.

Trend xəbər verir ki, bunu bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Şarm əl-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 27-ci Konfransının açılışında bildirib.

"Ölkələr tərəfindən verilən məlumatlara əsasən, 2022-ci ildə ən azı 15 min insanın istilər səbəbindən öldüyü təxmin edilir. Bunların arasında İspaniyada təxminən 4 min, Portuqaliyada mindən çox, İngiltərədə 3,2 mindən çox, Almaniyada 4,5 min ölüm xəbəri yayın üç ayı ərzində səhiyyə orqanları tərəfindən açıqlanıb", - deyə H.Klüge bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti