...

Yəmənin cənubunda husilər limana hücum edib

Dünya xəbərləri Materials 22 Noyabr 2022 03:30 (UTC +04:00)
Yəmənin cənubunda husilər limana hücum edib

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı minalanmış pilotsuz uçuş aparatlarının köməyi ilə ölkənin cənubundakı Hədramaut vilayətində yerləşən Əd-Dəbbə limanına hücum edib.

Trend-in məlumatına görə, bu barədə "Al Mashhad" xəbər portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, Yəmənin hava hücumundan müdafiə sistemləri husilər tərəfindən dəniz limanına atılan bir neçə pilotsuz uçan aparatı dəf edərək vurub. Uçuş aparatlarından biri neft platformasına düşüb, maddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti