...

Britaniya breksitdən sonra maliyyə sektorunda ilk iri islahatlar aparacaq

Dünya xəbərləri Materials 9 Dekabr 2022 13:13 (UTC +04:00)
Britaniya breksitdən sonra maliyyə sektorunda ilk iri islahatlar aparacaq

Bakı. Trend:

Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra (Brexit) maliyyə sektorunda ilk islahatları həyata keçirəcək və bu, onu beynəlxalq miqyasda rəqabətədavamlı edəcək.

Trend xəbər verir ki, bunu "Financial Times" nəşrinə müsahibəsində Böyük Britaniyanın maliyyə naziri Endryu Qriffit deyib.

Onun sözlərinə görə, bu cür həlledici dəyişikliklər ilk dəfə olacaq və Böyük Britaniyaya bazarları daha səmərəli etmək üçün yeni imkanlardan, innovasiyalardan və metodlardan istifadə etməyə imkan verəcək. Maliyyə xidmətləri sənayesi isə beynəlxalq miqyasda rəqabətədavamlı sahə olacaq. O əlavə edib ki, islahatların əksəriyyəti 2023-cü ildə həyata keçiriləcək.

Söhbət sığortaçılara riskə əsaslanan nəzarətin yumşaldılması (Solvency II), bəzi pərakəndə bankların əməliyyat fəaliyyətinə məhdudiyyətlərin aradan qaldırılması, həmçinin, analitik tədqiqat üçün MiFID II (Aİ ölkələrinin maliyyə bazarları üçün Maliyyə Alətləri Bazarları Direktivi) məhdudiyyətlərinin yumşaldılması ilə bağlı dəyişikliklərdən gedir.

Xatırladaq ki, Krallıq bir neçə illik danışıqlardan sonra 2020-ci il fevralın 1-də Aİ-ni tərk edib. 1 yanvar 2021-ci ildə isə Brexit-dən sonrakı keçid dövrü başa çatıb. Bu müddət ərzində bütün Avropa normaları Böyük Britaniyaya tətbiq edildi. Ekspertlərin fikrincə, belə bir addım iqtisadi itkilərə, mədəni və elmi əlaqələrin qırılmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti