...

Ərdoğan üçtərəfli sammitdə iştirak etmək üçün Türkmənistana gedir

Dünya xəbərləri Materials 13 Dekabr 2022 10:28 (UTC +04:00)
Ərdoğan üçtərəfli sammitdə iştirak etmək üçün Türkmənistana gedir

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli sammitdə iştirak etmək üçün Türkmənistana iki günlük səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Türkiyə, Azərbaycan və Türkmənistan arasında keçiriləcək ilk sammitdə Xəzər sahilində Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında keçiriləcək.

Görüş zamanı üç ölkə arasında, ilk növbədə, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Nəticədə bir sıra sazişlərin imzalanması gözlənilir.

Ərdoğan sammit çərçivəsində ikitərəfli danışıqlar da aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti