...

Kataloniyanın müstəqilliyi ilə bağlı referendum heç vaxt olmayacaq - İspaniya hökuməti

Dünya xəbərləri Materials 16 Dekabr 2022 20:09 (UTC +04:00)
Kataloniyanın müstəqilliyi ilə bağlı referendum heç vaxt olmayacaq - İspaniya hökuməti

Bakı. Trend:

Kataloniyada heç vaxt İspaniyadan ayrılmaq üçün referendum keçirilməyəcək.

Trend xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes deyib.

O, regionun müstəqilliyi uğrunda gedən mübarizə prosesinə toxunaraq, “Proses başa çatıb” deyib.

“Kataloniyada öz müqəddəratını təyinetmə ilə bağlı heç bir məsləhətləşmələr olmayacaq. Yalnız konstitusiyaya uyğun gəlmədiyi üçün deyil, həm də ona görə ki, biz parçalanmanı aradan qaldıran həll yollarına öz töhfəmizi verməliyik”, - deyə Sançes əlavə edib.

O qeyd edib ki, İspaniya və Kataloniya üçün ən yaxşısı birgə yaşamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti