...

Şiddətli qar fırtınası ABŞ sakinlərinin 70%-dən çoxuna təsir göstərib

Dünya xəbərləri Materials 24 Dekabr 2022 01:46 (UTC +04:00)
Şiddətli qar fırtınası ABŞ sakinlərinin 70%-dən çoxuna təsir göstərib

Bakı. Trend:

240 milyon ABŞ sakini - ölkə əhalisinin təxminən 72 faizi şiddətli fırtınanın təsirləri ilə üzləşib.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri ABŞ Milli Meteorologiya Xidmətinə istinadən bildirib.

Qeyd olunub ki, indiyədək ABŞ-da belə geniş ərazidə nadir hallarda ekstremal hava xəbərdarlığı edilib.

ABŞ-ın bəzi rayonlarında havanın temperaturu mənfi 40 dərəcədən aşağı düşüb. İqlimi adətən mülayim olan Texas ştatının Dallas şəhərində temperatur mənfi 23 dərəcəyə enib.

Şimali Dakota, Cənubi Dakota, Oklahoma və Ayova ştatlarında yollar buz bağlayıb, sakinlər güclü qar fırtınası və sıfır görmə ilə üzləşməli olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti