...

ABŞ-da qar fırtınası azı 26 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 26 Dekabr 2022 02:45 (UTC +04:00)
ABŞ-da qar fırtınası azı 26 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-da son günlər qar fırtınası və soyuq hava səbəbindən ən azı 26 nəfər ölüb, yüz minlərlə insan işıqsız qalıb.

Trend xəbər verir ki, bu barədə bazar günü "CNN" telekanalı məlumat yayıb.

"Bir həftə ərzində ABŞ-ın böyük bir hissəsinə güclü qar, külək və şaxta gətirən uzun sürən qış fırtınası azı 26 nəfərin ölümünə və yüz minlərlə insanın işıqsız qalmasına səbəb olub", - deyə məlumatda bildirilir.

Bildirilir ki, bəzi ərazilərdə açıq havada olmaq dəqiqələr ərzində donmaya səbəb ola bilər.

"PowerOutage.us"in məlumatına görə, bazar günü ABŞ-da təxminən 250 min ev və müəssisə elektriksiz qalıb, onların yarısı Nyu York və Mendədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti