Bakı. Trend:
ABŞ-da şiddətli şaxta və qar fırtınası qurbanlarının sayı 34 nəfərə çatıb.
Trend xəbər verir ki, bəzi sakinlər evlərində qapalı qaldıqlarından ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, dekabrın 25-dən əlverişsiz hava şəraiti ilə əlaqədar 1,7 mindən çox reys təxirə salınıb, 200 minə yaxın istehlakçı işıqsız və istiliksiz qalıb.