...

Çavuşoğlu Braziliya, Qvatemala və Qabonun XİN rəhbərləri ilə görüşlər keçirib

Dünya xəbərləri Materials 1 Yanvar 2023 06:39 (UTC +04:00)
Çavuşoğlu Braziliya, Qvatemala və Qabonun XİN rəhbərləri ilə görüşlər keçirib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və Qabonun XİN rəhbərləri ilə görüşlər keçirib.

Trend xəbər verir ki, bu barədə M.Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb.

Türkiyənin XİN rəhbəri Braziliyadadır və yanvarın 1-də prezident Luis İqnasio Lula da Silvanın andiçmə mərasimində iştirak edəcək.

M.Çavuşoğlu ilk görüşünü Braziliyanın xarici işlər naziri Vieyra ilə keçirib. O, qvatemalalı həmkarı Flores ilə də görüşüb.

"İqtisadiyyat, müdafiə sənayesi, mədəniyyət sahələrində əlaqələrimizi inkişaf etdirəcəyik", - deyə Türkiyə XİN rəhbəri bildirib.

Nazir Çavuşoğlu son ikitərəfli görüşünü Qabonlu həmkarı Adamo ilə keçirdiyini qeyd edib: "Müdafiə sənayesi və iqtisadi əlaqələri, eləcə də nazirliklərimiz arasında əməkdaşlığı müzakirə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti