Bakı. Trend:
ABŞ-ın Virciniya ştatında ibtidai məktəbdə baş verən atışmada bir nəfər şəxs yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı polisin açıqlamasına istinadən bildirib.
Məlumata əsasən, yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun səhhətinə dəyən zərərin ağırlığı dəqiqləşdirilir.
Atışma zamanı şağırdlərdən heç biri xəsarət almayıb. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.