...

ABŞ-ın Kaliforniya ştatında fırtına başlayıb

Dünya xəbərləri Materials 9 Yanvar 2023 04:10 (UTC +04:00)
ABŞ-ın  Kaliforniya ştatında fırtına başlayıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının şimalında qar yağmasına və güclü küləklərə səbəb olan fırtına başlayıb, daşqın təhlükəsi var.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Ştatın inzibatı paytaxtı - Sakramentonun meteoroloji xidməti xəbərdarlıq edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə ciddi problemlər gözlənilir.

"Elektrik enerjisinin verilməsində fasilələr ola bilər, ağacların aşması riski var, çətin yol şəraiti müşahidə olunur", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti