Bakı. Trend:
Hazırkı ABŞ Prezidenti Co Baydenin dövründə ölkə korrupsioner və radikal siyasətçilər tərəfindən məhv edilir.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nyu-Hempşirdə Respublikaçılar Partiyasının iclasında çıxışı zamanı deyib.
"Baydenin dövründə millətimiz eqoist, radikal və korrupsioner siyasi quruluş tərəfindən məhv edilir", - deyə D.Tramp bildirib.
O vurğulayıb ki, ölkənin hazırkı rəhbərliyinin motivləri heç kimə məlum deyil.
Bundan əlavə, siyasətçi əlavə edib ki, Demokrat Partiyasına bir çox hallarda marksist və kommunist olan “radikal solçular” rəhbərlik edir. Onun sözlərinə görə, ABŞ-ın prezident vəzifəsinə gələn kimi öz vəzifəsinin icrasına başlaya biləcək prezident lazımdır: "Və bu, mənəm".