Bakı. Trend:
Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Türkiyəyə gəlib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin üç təyyarəsi Adana hava limanına enib: iki "İl-76" və "An-148" təyyarəsi.
Onlar təbii fəlakət zonasına 100-dən çox xilasedici və həkim, 9 ədəd xüsusi texnika çatdırıblar. Qrupun tərkibinə yaralananlara yardım göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin aeromobil xəstəxanası da daxildir.