...

Türkiyədə zəlzələ nəticəsində 12 141 bina dağılıb

Dünya xəbərləri Materials 10 Fevral 2023 12:01 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində 12 141 bina dağılıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində 12 141 bina dağılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

O qeyd edib ki, Türkiyədə zəlzələ olan bölgələrdə ümumilikdə 12 141 bina dağılıb. Həmin bölgələrdə respublika tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində dəhşətli dağıntılara səbəb olub.

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 18 342-ə, yaralıların sayı isə 74 242 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti