Bakı. Trend:
Ermənistan polisi İrəvanın mərkəzində qaydanı pozan avtomobilə atəş açıb.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin polis idarəsindən məlumat verilib.
"Fevralın 10-da saat 23:00 radələrində İrəvanın mərkəzində “Hummer” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, polisin qanuni tələblərinə tabe olmayaraq avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətinə sürüb, bununla da onların həyatı və sağlamlığı üçün təhlükəli hərəkətlər edib", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, polislər onu dayandırmaq üçün maşının təkərlərinə atəş açıblar.