Bakı. Trend:
Zəlzələdən sonra suriyalıların ilk növbədə içməli su və qidaya ehtiyacı var, fəlakətdən zərər çəkmiş bölgələrdə epidemiya riski yüksəkdir.
Trend xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalına açıqlamasında UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional nümayəndəsi Əmmar Əmmar deyib.
Onun sözlərinə görə, Suriya xalqının hər cür yardıma ehtiyacı var, amma hazırda ilkin ehtiyac içməli su və yeməkdir.
"İndi tədbir görməsək, milyonlarla insana təsir edə biləcək epidemiyanın yaranmasından qorxuruq", - deyə Ə.Əmmar bildirib.