...

Türkiyənin zəlzələ bölgəsi olan Hataydan son görüntülər (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 21 Fevral 2023 14:32 (UTC +04:00)
Türkiyənin zəlzələ bölgəsi olan Hataydan son görüntülər (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 6-sı baş verən zəlzələdən sonra Hatayın Reyhanlı rayonunda körpü istifadəyə yararsız hala düşüb.

Bunu Trend-ə açıqlamasında Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Orta Asiya-Qafqaz Regional Koordinatoru Məhəmməd Həmzə Nedimoğlu deyib.

"Videoda göstərilən bölgə Hatay- Reyhanlı yolunun Dəmir Körpü hissəsidir. Yol 6 fevral tarixində baş verən zəlzələdən sonra bu hala gəlib. Körpünün birləşdiyi hissə tamamilə çöküb, hətta yol 3 metrə qədər sağ tərəfə sürüşüb. Hazırda yuxarı hissədə təmir işlərinə başlanıb. Yolun bir hissəsi tamamilə yarasız vəziyyətdədir. Qırılma nöqtəsinin (fay hattı) keçdiyi hissə burada daha çox bəlli olur", - deyə o əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti