...

Monteneqro prezidenti parlamenti buraxıb

Dünya xəbərləri Materials 16 Mart 2023 23:39 (UTC +04:00)

Bakı. Trend:

Monteneqro prezidenti Milo Cukanoviç cümə axşamı ölkə parlamentinin buraxılması haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, bu barədə "РRTCG" teleradioşirkəti məlumat yayıb.

Məlumata əsasən, milli qanunvericiliyə uyğun olaraq, parlament buraxıldıqdan sonra ən tez 60 gündən sonra və ən geci 100 gündən sonra seçkilər keçirilməlidir. Beləliklə, seçkilər mayın sonu - iyunun əvvəlində keçirilə bilər.

Qeyd edilir ki, cümə axşamı Demokratik Birlik Partiyasının lideri Miodraq Lekiçin yeni hökuməti qurması və onun tərkibini açıqlaması üçün verilən müddət başa çatıb, lakin o, deputatlardan lazımi dəstəyi ala bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti