...

Kolumbiyada kömür mədənində baş verən partlayışda ölənlərin sayı 21 nəfərə çatıb

Dünya xəbərləri Materials 17 Mart 2023 06:48 (UTC +04:00)
Kolumbiyada kömür mədənində baş verən partlayışda ölənlərin sayı 21 nəfərə çatıb

Bakı. Trend:

Kolumbiyada kömür mədənində baş vermiş partlayış nəticəsində daha 10 mədənçinin meyiti tapıldıqdan sonra ölənlərin sayı 21-ə çatıb.

Trend "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro özünün "Twitter" hesabında yazıb.

"Mənə qubernator tərəfindən indicə məlumat verildi... bütün xilasetmə səylərinə baxmayaraq, təəssüf ki, Sutatausadakı bu faciəli qəzada 21 nəfər həyatını itirdi", - deyə Qustavo Petro bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti