...

İsrail hərbi radiolokasiya peykini orbitə buraxıb

Dünya xəbərləri Materials 29 Mart 2023 07:27 (UTC +04:00)

Bakı. Trend:

İsrail ölkənin Müdafiə Nazirliyinin maraqları üçün hazırlanan "Ofek-13" Yerin məsafədən zondlama radar peykini orbitə çıxarmaq üçün “Şavit” daşıyıcı raketini buraxıb.

Trend-in məlumatına görə, bu barədə İsrailin "Aruts Şeva" ("Yeddinci kanal") radiostansiyası bildirib.

Məlumata əsasən, peyk orbitə buraxıldıqdan sonra mütəxəssislər cihazın bir sıra sınaqlarını keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti